2013-cü ildən başlayan fəaliyyət
Təcrübəli və peşəkar xidmətlə A2Z Technologies öz sahəsində daim yenilənən beynəlxalq təcrübə və İT imkanlarını təklif və təqdim edir.
Təcrübəli və peşəkar xidmətlə A2Z Technologies öz sahəsində daim yenilənən beynəlxalq təcrübə və İT imkanlarını təklif və təqdim edir.
Müştəriləri müasir, keyfiyyətli və yüksək standartlara uyğun İT texnologiyalarla, davamlı və etibarlı mühafizə imkanı və peşəkar xidmət ilə təmin etmək.
Azərbaycan İT məkanında fəaliyyətimizə uyğun qabaqcıl yerlərdə olmaq, sifarişçi və tərəfdaşlarımıza daha da keyfiyyətli və innovativ xidmətlər təqdim etmək.
İnformasiya Texnologiyaları sahəsində fəaliyyət göstərən "A2Z Technologies" QSC 2013-cü ildə yaradılmışdır. Şirkət fəaliyyətinin ilk illərində müştərilərə təhlükəsizlik sistemlərinin qurulması və CCTV xidmətlərini göstərmiş, sonradan isə genişlənərək İT infrastrukturun yaradılması və idarə edilməsi, proqram təminatlarının yazılması və quraşdırılması, İT avadanlıqların satışı, şifrəli İP telefoniya sisteminin qurulması, telekom (provayder), fibrooptik kabel çəkilişi, radioötürücü qurğuların quraşdırılması və istismarı xidmətlərini də göstərməyə başlamışdır.
Şirkətin strateji məqsəd və hədəflərinə uyğun olaraq apardığı kadr siyasəti nəticəsində ölkənin bir sıra istedadlı və potensiallı proqramçıları işə cəlb edilmiş, ciddi proqram təminatı layihələrinə qoşulmuşlar. Hazırda şirkətdə 58 nəfəri proqramçı olmaqla, ümumilikdə 264 nəfər çalışır. "A2Z Technologies", həmçinin, istedadlı gənclər arasında peşəkar proqramçı kadrların yetiçdirilməsini hədəfləyərək təhsil müəssisələrindən cəlb edilən tələbələrə praktik məşğələlər təşkil edir.
Şirkət "A2Z technologies" və "Zetnet" İnternet Servis Provayderi əmtəə nişanları ilə məhsullarını bazara təqdim edir. COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə karantin qaydalarına nəzarət olunmasını İT həllər vasitəsi ilə idarə etmək üçün "A2Z Technologies" "E-təbib" mobil tətbiqli proqram təminatını qısa müddət ərzində ərsəyə gətirib təmənnasız İTS Agentliyinə vermişdir. Hazırda şirkət digər layihələrlə yanaşı, dövlət qurumlarının xüsusi əhəmiyyətli layihələrinin də icrası ilə məşğuldur.