images

e-Təbib mobil tətbiqi

İcbari Tibbi Sığorta Agentliyinin sifarişi əsasında A2Z Technologies tərəfindən hazırlanan E-Tabib mobil tətbiqi hər bir vətəndaşın öz sağlamlıq statusuna nəzarət edə bilməsi üçün nəzərdə tutulmuşdur. Mobil tətbiq Azərbaycan vətəndaşları və Azərbaycanda müvəqqəti/daimi yaşayış icazəsi olan şəxslər tərəfindən istifadə oluna bilər. Tətbiqin həm Android, həm də IOS versiyası mövcuddur. 

Asan loqin və ya şəxsi mobil nömrə ilə qeydiyyatdan keçərək COVİD-19 ilə bağlı ümumi statistik məlumatlar, şəxsi məlumatlarınızı və laboratoriya nəticələrinizi görməklə yanaşı, xəstəxanalar, tibbi xidmətlər, reseptlər, vaksinasiya və s. bölümlərdən faydalana bilərsiniz.

Qeyd edək ki, A2Z Technologies tərəfindən hazırlanmış mobil tətbiq daim yenilənir və ictimai tələblərə uyğun formalaşır.

Digər layihələr