"AzerGold" QSC-nin Çovdar Qızıl yatağında İn-Out sistemi ilə inteqrasiya olunmuş giriş-çıxışa nəzarət sistemi qurulmuşdur
Sistem vasitəsilə müəssisə tərəfindən təyin olunmuş insan resursları, təhlükəsizlik və İT üzrə məsul şəxslər giriş-çıxışa nəzarətə rol olaraq daxil edilirlər. Hər bir rolun özünəməxsus icazələri əsasında aşağıdakı modullardan istifadə edərək sistemdən faydalana bilirlər:
- Sistem istifadəçiləri və onların rollarının təyini
- Giriş-çıxış üçün kart istifadəçiləri
- Nəqliyyat vasitələrinin qeydiyyatı və onların nəzarəti
- Soraqça qeydiyyatı
- İş qrafikinin təyini, bölgüsü və qrafikə uyğun giriş-çıxışın tənzimlənməsi
- Hesabat (müxtəlif istəklərə uyğun hesabatların yaradılması)
Layihə çərçivəsində İT infrastruktur olaraq müəssisənin bütün nəzarət buraxılış məntəqələrində xüsusi turniketlər quraşdırılmış və onlar Antipassback ilə inteqrasiya olunmuşdur.