A2Z Technologies QSC-nin mütəxəssisləri tərəfindən Bakı şəhərindən yerləşən ən böyük biznes komplekslərindən biri olan Çinar Park B.M.-də ümumi İT infrastrukturun qurulması, kamera müşahidə sistemi, giriş-çıxışa nəzarət sistemi və yanğın təhlükəsizlik sistemi quraşdırılması layihəsi icra edilmişdir.
Ümumi İT layihəyə əsasən kompleksdə bir neçə binaların müxtəlif şirkətlərə və eyni zamanda hər bir şirkətin əməkdaşlarından savayı qəbul etdikləri qonaqların kart vasitəsilə giriş-çıxışına nəzarət sistemi, iri kompleksin ərazi və bina daxili kamera müşahidə sistemlərinin üz tanıma funksiyası ilə inteqrasiyası və avtoparkinq, binalar, ərazi üzrə yanğından təhlükəsizlik sistemləri ilə qurulmuşdur.
Giriş-çıxışa nəzarət sisteminin köməkliyi ilə gün ərzindən minlərlə insanın daxil olduğu kompleksin təhlükəsizliyinə böyük fayda verir. Sistemin hesabatlılıq və monitorinq üstünlükləri biznes mərkəzinin idarəolunmasında töhfə verir.