images

Baza stansiyalarının qurulması layihəsi

Azerconnect şirkətinin sifarişi əsasında rabitə baza stansiyalarının qurulması və fiber optik kabelləşmə layihəsi A2Z Technologies QSC tərəfindən icra olunur.

2-ci Qarabağ müharibəsindən sonra geri alınmış ərazilərimizdə yenidən bərpa və kommunikasiya işlərinin qurulmasında rabitə xəttlərinin yenidən çəkilməsi, fiber optik kabelləşmə və hava kommunikasiya dalğaları üçün baza stansiyalarının qurulması çox vacib idi.

A2Z Technologies QSC Qarabağda hər bir rayonda yeni baza stansiyalarının qurulması və fiber optik xətlərin çəkilməsi layihəsini icra etməkdədir. 

Şirkətimiz baza stansiyaların qurulması üçün kompleks xidmət təqdim edir. Stansiyaların texniki qurulması üçün öncədən uyğun ərazilərin seçilməsi prosesində iştirak, araşdırma və təhlil, tikinti layihələndirmə, rabitə dalğaları üçün xüsusi testlər və s. təchiz olunmuşdur.

Hazırda tərəfimizdən artıq bir neçə baza stansiyası qurulmuş və Qarabağın bütün istiqamətləri üzrə optik xətlər çəkilmişdir.

Digər layihələr